UEFA 2010-cu ildən təqdim edilən “Grassroots Football Awards”ın 2021/22 mövsümü üçün Avropada ilin peşəkar klubu mükafatının sahibini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu bu mükafata İspaniya klubu “Atletik”i layiq görüb.
Bildirilib ki, Bilbao təmsilçisi cəmiyyətdəki roluna sadiqliyini nümayiş etdirən sosial tapşırığın icrasına görə mükafatla təltif edilib. Qiymətləndirmədə klubun gənc oyunçularla apardığı böyük iş və qurulmuş bütün məşq sistemi nəzərə alınıb.
Bununla bağlı UEFA-nın prezidenti Aleksander Çeferin də öz fikrini bildirib: “UEFA “Grassroots” mükafatlarının qaliblərini seçmək xoş və ruhlandırıcı işdir. O, bütün qitədəki milli assosiasiyaların və klubların idmandan çox-çox böyük təsirini və diqqətəlayiq layihələrini əhatə edir”.