UEFA Konqressinə qatılan vitse-prezident koronavirusa yoluxdu
16.03.2020 - 17:10
Daha bir federasiya rəsmisində koronavirus xəstəliyi aşkarlanıb.
Apasport.az saytının məlumatına görə, Serbiya Futbol Federasiyasının vitse-prezidenti Marko Panteliçin testlərinin cavabı müsbət çıxıb.
Bu üzdən 42 yaşlı sabiq futbolçu xəstəxanaya yerləşdirilib. Martın 3-də UEFA-nın Amsterdamdakı Növbəti Konqressinə qatılan Panteliç karantinə alınıb.
Qeyd edək ki, UEFA Konqressində iştirak etmiş İsveçrə Futbol Federasiyasının prezidenti Domenik Blan da koronavirus infeksiyasına yoluxub.
0
0