UEFA ən yaxşıları mükafatlandıracaq – Çempionlar Liqasında
17.02.2020 - 13:23
UEFA ən yaxşıları mükafatlandıracaq – Çempionlar Liqasında

UEFA Çempionlar Liqasının pley-off oyunlarının ən yaxşı oyunçuları üçün mükafat təsis edib.

Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsindən etibarən hər matçın ən yaxşısı mükafatlandırılacaq.

Qalib oyundan sonra stadionda elan ediləcək. Seçim zamanı vacib epizodlardakı reaksiya, taktiki bacarıq, yaradıcılıq üstün texnika və ədalətli oyun prinsipinə bağlılıq mühüm rol oynayacaq.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinə fevralın 18-dən start veriləcək.