UEFA və AFFA-nın planı dəyişdi
05.03.2020 - 09:57
AFFA tərəfindən keçirilən məşqçi kurslarının vaxtı dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, martın 9-dan 10-dək baş tutması nəzərdə tutulan UEFA-nın “B” və AFFA-nın "C" kateqoriyalı kursu təyin olunan vaxtda olmayacaq.
Həmçinin martın 12-dən 13-dək UEFA-nın “A” və “Pro” kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları da həmin tarixdə keçirilməyəcək.
Kursun keçirilmə vaxtı barədə hələlik heç bir məlumat verilməyib.
0
0