Üç qol millimizə yetmədi
17.01.2022 - 20:03
Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, matç Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə təlim-məşq toplanışı çərçivəsində baş tutub.
Belçikanın Borqlon şəhərində bu ölkənin millisi ilə qarşlaşan millimiz 3:5 hesabı ilə məğub olub. Millimizin heyətində 17-ci dəqiqədə Vassura, 31-ci dəqiqədə Everton Kardoso və 37-ci dəqiqədə Tyaqo Bolinya fərqlənib.
Qeyd edək ki, yığmamız AVRO-2022-də ilk oyununu yanvarın 22-də Gürcüstana qarşı keçirəcək.
0
0