Klublararası dünya çempionatının oyunlarını qəbul edəcək stadionlar müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, 2021-ci ilin fevralında Qətərdə keçiriləcək mundialın matçlarına üç arena ev sahibliyi edəcək.
Fevralın 1-dəki açılış görüşü yenidənqurma işlərindən sonrakı açılışı 5 gün öncə gerçəkləşən “Əhməd bin Əli” stadionda təşkil olunacaq. Final qarşılaşması isə “Edukeyşn Siti” stadionunda baş tutmalıdır. “Xalifa” stadionu da çempionatı qəbul edəcək arenalar sırasındadır. Hər üç idman qurğusu DÇ-2022-nin də oyunlarını qəbul edəcək.
Qeyd edək ki, mundial fevralın 1-11-də keçiriləcək. Yarışda “Oklend Siti” (Yeni Zelandiya), “Əl-Əhli”(Misir), “Əl-Duhail” (Qətər), “Bavariya” (Almaniya), “Ulsan” (Cənubi Koreya) və “Tiqres”in (Meksika) oynayacağı dəqiqləşib. Sonuncu vəsiqə Libertadores kubokunun qalibinə nəsib olacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”