Üçüncü uğursuz seriya
26.02.2022 - 00:00
Üçüncü uğursuz seriya

“Qarabağ” avrokuboklarda ardıcıl 3-cü dəfə bir oyunda üç qol buraxıb.

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının qrup mərhələsinin son matçında “Bazel”ə 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri pley-offun “Marsel”lə hər iki qarşılaşmasında üç qola üzülüb.

Səfərdə 1:3 hesabına üzülən Ağdam klubu evdə quru hesabla yenilib – 0:3. Bu, klub tarixində 3-cü belə uğursuz seriyadır.

Bunadək “Qarabağ” yalnız iki dəfə ən azı üç qarşılaşmada 3 və ya daha çox top buraxıb. Antirekord 4 belə matçdan ibarətdir. “Yablonets” (0:5, 0:3) və “Kopenhagen”lə (0:6, 0:4) görüşlər bu baxımdan uğursuz alınıb. Sonuncu belə seriyası isə “Monpelye” (0:3, 0:6) və “Dukla” (0:3) ilə matçlardan ibarət olub.

Qeyd edək ki, “Qarabağ”ın dörd oyunluq seriyası təkcə klubun deyil, Azərbaycan komandalarının mütləq antirekordudur.