Azərbaycan millisinin sabiq futbolçusu Pavel Paşayev klubu “Aleksandriya”dan ayrıla bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb cinah müdafiəçisinin Ukrayna təmsilçisi ilə müqavilə müddətinin iyunun 30-na qədər olmasıdır.
Onunla yanaşı, daha 6 oyunçunun sözləşmə müddəti başa çatır. Rəhbərlik hələlik onlara yeni saziş təklif etməyib. Həmçinin istirahətə buraxılan komandanın nə zaman bir araya gələcəyi də bəlli deyil. Təlim-məşq toplanışının müddəti və ayrılacaq futbolçuların kimliyi yeni baş məşqçi təyinatından sonra müəyyənləşəcək.
Qeyd edək ki, “Aleksandriya” 29 xal toplayaraq Ukrayna Premyer Liqasını 8-ci pillədə tamamlayıb.
Ukrayna klubundan ayrılır – millimizin sabiq futbolçusu
13.05.2021 - 11:23
0
0