Ukrayna yığması Polşada oynaya bilər – razılıq əldə olundu
26.02.2022 - 12:44
Ukrayna millisi öz oyunlarını Polşada keçirə bilər.
Apasport.az saytının məlumatına görə, bunu Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa açıqlayıb.
O bildirib ki, Ukrayna Futbol Assosiasiyasının rəhbəri Andrey Pavelkoya oyunları Polşada keçirməyi təklif edib. Ukraynalı bununla razılaşıb.
Əgər oyunların keçiriləcəyi vaxta qədər Ukraynadakı siyasi-hərbi vəziyyət sabitləşməsə, tərəflər razılıq barədə UEFA-nı məlumatlandıracaq. Qurumun rəsmi icazəsindən sonra görüşlər bu ölkədə təşkil ediləcək.
0
0