Ukraynada “fərqləndi” - Paşayev
28.11.2020 - 19:02
Ukrayna Premyer Liqasında XI turun mübarizəsi davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası “Aleksandriya” günün ilk oyununa çıxıb.
Adıçəkilən komanda turnir cədvəlinin son pilləsində qərarlaşan “Rux”u sınağa çəkib. 0:0 hesabı ilə başa çatan qarşılaşmanı əvəz edilmədən keçirən Paşayev 83-cü dəqiqədə sarı vərəqə alıb.
“Aleksandriya” bu nəticədən sonra 15 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb.
- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
0
0