Ukraynalı qapıçı Rusiya klubundan ayrıldı
01.03.2022 - 10:51
Rusiyanın “Ural” klubu ilə ukraynalı qapıçı Yaroslav Qodzyur arasında müqaviləyə xitam verilib.
Apasport.az saytının məlumatına görə, tərəflər qarşılıqlı razılaşma ilə bu addımı atıb.
Rusiya vətəndaşlığına da malik qolkiper 2017-ci ilin yayından “Ural”ın şərəfini qoruyurdu. O, cari mövsüm 3 matçda meydana çıxıb. Yaroslav bu oyunlarda 4 top buraxıb.
Qeyd edək ki, Qodzyur Rusiyada “Axmat” və “Terek”in də formasını geyinib.
0
0