Ulduz futbolçu klubsuz qaldı
27.11.2021 - 13:28
Portuqaliyalı futbolçu Luiş Nani klubundan ayrılıb.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiçi instaqram səhifəsi vasitəsilə “Orlando Siti” ilə vidalaşıb.
Ulduz futbolçu üç heyrətamiz ildən sonra MLS təmsilçisindən getməyin ağır olduğunu söyləyəsə də, bunun vaxtının gəldiyini əlavə edib. Başa çatan müqaviləsini yeniləməyən Nani artıq azad agent statusuna malikdir.
Qeyd edək ki, Portuqaliya millisinin sabiq üzvü ABŞ klubunun heyətində keçirdiyi 84 oyunda 31 qol vurub, 17 məhsuldar ötürmə verib.
0
0