Ulduz futbolçu sevgilisinə görə karantin qaydalarını pozdu - FOTOSESSİYA
19.03.2020 - 17:21
Ulduz futbolçu sevgilisinə görə karantin qaydalarını pozdu - FOTOSESSİYA

“Real”ın hücumçusu Luka Yoviç karantin qaydalarını pozub.

Apasport.az saytının məlumatına görə, serbiyalı forvard bunu sevgilisinə görə edib.

Bir həftə əvvəl “Real” klubu koronavirus pandemiyası səbəbindən karantin elan etsə də, ulduz futbolçu buna məhəl qoymayaraq, sevgilisi Andyela Manitaseviçin doğum gününə qatılmaq üçün Belqrada yollanıb. Yerli sakinlər Yoviçlə bağlı şikayət ərizələri yazıblar.

Ölkənin daxili işlər naziri Neboyşa Stefanoviç də ad açıqlamadan günahkarın məsuliyyətə cəlb olunacağını söyləyib. Həmçinin baş nazir Ana Bernabits təhlükəsizlik qaydalarına əməl etməyən zəngin insanların ölkəyə dönmə qərarını tənqid edib.

Yoviç bu addımına görə vətənində mühakimə oluna bilər.