İtaliya mətbuatı ölkə daxilində unudulan məşqçilərin siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, yerli medianın müəyyənləşdirdiyi adlar arasında Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi də var.
Həmkarlarımız “A seriyasının unudulmuş məşqçiləri” başlığı ilə dərc etdiyi məqalədə de Byazinin A seriyasında təcrübəsinin az olduğunu yazıblar. 65 yaşlı mütəxəssis ölkə daxilində sonuncu dəfə 2009-10 mövsümündə “Udineze”ni çalışdırıb. Daha sonra Albaniya yığması və “Alaves”də işləyən de Byazi ötən ildən millimizin sükanı arxasındadır.
Canni de Byazi ilə yanaşı, Alberto Malesani, Delio Rossi, Luici de Kanio və Valter Novellino da unudulmuş məşqçilər sırasındadır.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir