Uşaqla cinsi əlaqədə olmaqda ittiham edilir - "Arsenal"ın yetirməsi
25.02.2020 - 00:00
Uşaqla cinsi əlaqədə olmaqda ittiham edilir - "Arsenal"ın yetirməsi

"Arsenal"ın sabiq futbolçusu Tayrell Robinson məhkəmə önünə çıxacaq.

Apasport.az saytının məlumatına görə, IV liqa təmsilçisi "Bredford"un formasını geyinən 22 yaşlı futbolçu yetkinlik yaşına çatmayan uşaqla cinsi əlaqədə olmaqda ittiham edilir.

O, təcavüzlə yanaşı, uşağın şəkillərini çəkərək yaymaqda da günahlandırılır. "Bredford"un müqaviləsinə xitam verdiyi futbolçunun istintaqı davam edir. O, aprelin 7-də Bredfordda Dünya Məhkəməsi qarşısına çıxarılacaq.

Qeyd edək ki, "Arsenal" Akademiyasının məzunu olan Tayrell Robinson 2017-ci ildə "topçular"ı tərk edərək, "Bredford"a keçib.