“De Byazi yığmada qalmamalıdır. O, millimizə lazım deyil”.
Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Vadim Vasilyev deyib.
49 yaşlı mütəxəssis AFFA İcraiyyə Komitəsinin iclasında italiyalı çalışdırıcı ilə yeni müqavilə imzalanması ilə bağlı qərarın çıxmamasına ümid edir. O, milli ilə adı hallanan Tərlan Əhmədovun təyinatını daha məqsədəuyğun bilir: “Tərlan Əhmədov baş məşqçi təyin olunacaqsa, lap əla. Təbii ki, yığma öz məşqçimizin rəhbərliyi altında daha uğurlu nəticələr göstərər. Xaricdən məşqçi gətirməyin əleyhinəyəm. Konkret ad çəkə bilmərəm. Kim olur-olsun, özümüzünkü olsun. Tərlan Əhmədov namizədlər arasında varsa, elə onu təyin eləsinlər”.
Qeyd edək ki, Canni de Byazinin AFFA ilə müqaviləsi noyabrın sonunda başa çatıb. Onun postunda qalıb-qalmayacağı hazırda davam edən iclasda müəyyənləşəcək.