Azərbaycan Premyer Liqasında X turun oyun cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, turun qarşılaşmaları 2 günü əhatə edəcək.
Milli komandaların oyunları ilə bağlı yaranan fasilədən sonra ilk görüşdə “Sabah”la “Səbail” üz-üzə gələcək. Turun mərkəzi qarşılaşmasında “Qarabağ” “Sumqayıt”ı sınağa çəkəcək.
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
X tur
21 noyabr (şənbə)
“Sabah” – “Səbail”
“Bank Respublika Arena”, 14:00
“Qarabağ” – “Sumqayıt”
“Azersun Arena”, 16:00
22 noyabr (bazar)
“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu, 14:00
“Zirə” – “Keşlə”
Zirə İdman Kompleksinin stadionu, 16:00