Vaxtı dəyişdirildi - “Neftçi” – HİK oyununun
28.07.2021 - 23:54
Azərbaycan çempionu “Neftçi”nin növbəti avrokubok matçının vaxtı dəyişdirilib.
Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı klubunun Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsindəki görüşü avqustun 3-də keçiriləcək.
Həmin gün “ağ-qaralar” Finlandiya HİK-ini qəbul edəcək. Öncədən matçın avqustun 5-də keçiriləcəyi gözlənilirdi.
Qeyd edək ki, cavab oyunu ayın 12-də baş tutmalıdır.
0
0