PSJ-nin yarımmüdafiəçisi Corcinyo Veynaldum karyerasını yenidən İngiltərdə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, “Aston Villa” 32 yaşlı futbolçunun transferində israrlıdır.
Birminhem klubunun baş məşqçisi Stiven Cerrard “Liverpul”un sabiq üzvünü sərəncamında görmək istədiyini rəhbərliyə çatdırıb. İngilislər Niderland millisinin üzvü üçün 25 milyon avro ödəməyə hazırdır. Fransa klubunda əsas heyətə düşə bilməyən oyunçu özü də bu keçidin əleyhinə deyil.
Qeyd edək ki, PSJ-yə ötən ilin yayında keçən Corcinyo Veynaldum cari mövsüm 28 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə verib.