Villian İspaniyaya gedir
01.02.2020 - 14:57
İngiltərənin “Çelsi” klubunun futbolçusu Villian karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, braziliyalı hücumçu “Barselona”nın maraq dairəsindədir.
Kataloniya təmsilçisi 31 yaşlı forvardı yayda pulsuz heyətinə qatmaq istəyir. Belə ki, cənubi amerikalı “Çelsi” ilə müqaviləsini uzatmaqdan imtina edib. Yayda anlaşması başa çatacaq Villian azad agent statusu alacaq.
Artıq futbolçu ilə “Barselona” arasında ilkin razılıq da əldə olunub.
Qeyd edək ki, Villian cari mövsüm Premyer Liqada 23 oyuna 4 qol vurub.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0