"Çelsi"nin yarımmüdafiəçisi Villian Londonda qala bilər.
Apasport.az saytının məlumatına görə, şəhərin digər təmsilçisi "Arsenal" 31 yaşlı hücumameyilli futbolçunun transferində maraqlıdır.
"Çelsi"nin 1 illik yeni müqavilə təklifini qəbul etməyən Braziliya millisinin üzvü mövsümün sonunda azad agent statusu daşıyacaq. Villian "Liverpul", "Yuventus" və "Barselona"nın diqqət mərkəzində olmasına baxmayaraq, "Arsenal"a keçməyi üstün tuta bilər. Çünki bu, həm Londonda qalmaq, həm də yaxın dostu David Luizlə yenidən komanda yoldaşı olmaq imkanı yaradacaq. Üstəlik, "topçular" ona uzunmüddətli müqavilə təklif ediblər.
Qeyd edək ki, Villian 2013-cü ildən "Çelsi"nin formasını geyinir.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq