Vinisyus “Real”la yeni müqavilə bağlayır
31.03.2022 - 22:27
Vinisyus “Real”la yeni müqavilə bağlayır

“Real”ın hücumçusu Vinisyus Junior klubla yeni müqavilə imzalayacaq.

Apasport.az saytının “sport-express.ru”ya istinadən məlumatına görə, tərəflər arasında hərtərəfli anlaşma əldə edilib.

Yeni sazişə əsasən, Braziliya millisinin üzvünün maaşı da artırılacaq. Hazırda illik məvacibi təxminən 3 milyon avro olan 22 yaşlı forvard “kral klubu”nda ən az maaş alan futbolçulardan biridir. Qaret Beyl, İsko və ya Marselo kimi oyunçuların gedişi “Real”a aparıcı futbolçusuna daha yüksək pul təklif etməyə imkan verir.

Qeyd edək ki, 2018-ci ildən “Real”da çıxış edən hücumçunun hazırkı müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.