Vitse-kapitan: “Real”a getməkdənsə, ölərəm”
01.12.2021 - 17:56
“Barselona”nın vitse-kapitanı Jerar Pike növbəti dəfə maraqlı açıqlama ilə gündəmə gəlib.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı müdafiəçi əzəli rəqibləri “Real”a keçmə ehtimalı ilə bağlı sualı cavablandırıb.
İspaniya millisinin sabiq üzvü bunun mümkünsüz olduğunu söyləyib: “Bu, qətiyyən mümkün deyil. Heç vaxt. “Real”a getməkdənsə, ölməyi üstün tutaram”.
Qeyd edək ki, Jerar Pike 2008-ci ildən “Barselona”nın əsas komandasında çıxış edir.
0
0