Vlahoviç üçün 70 milyonluq təklif
15.01.2022 - 22:47
“Arsenal” Duşan Vlahoviçin transferi ilə bağlı rəsmi təklif göndərib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu hücumçunun şərəfini qoruduğu “Fiorentina”ya 70 milyon avro ödəməyə hazırdır.
Bu, 21 yaşlı hücumçunun keçidi üçün hələlik yeganə rəsmi təklifdir. İtaliya təmsilçisi oyunçusunu bu qiymətə satmağa razılaşıb. Lakin Vlahoviç qərar verməkdə tərəddüd edir. Serbiyalı ulduz digər klublar barədə düşünür.
Qeyd edək ki, Duşan A seriyasının ən yaxşı bombardiridir.
0
0