AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən videokonfrans formatında iclasında Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibi təsdiqlənib.
Apasport.az saytının məlumatına görə, sədr vəzifəsinə veteran futbolçu Vəli Qasımov gətirilib.
Fondun üzvləri isə Fəxrəddin Manafov, Asim Xudiyev, Yunis Hüseynov, Qənirə Paşayeva, Sona Abbasova, Anar Həsənov, Rüstəm Əfsərli və Şaiq Qəribzadə seçiliblər.
Eyni zamanda AFFA-nın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq, futbol veteranları Tofiq Məmmədov (Gəncə), Nazim Mehrəliyev (Ağdam) və Hafiz Əliyevə AFFA-nın təqaüdü veriləcək.
Bundan başqa AFFA-nın 30 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi təsdiq edilib.