Vüsal İsgəndərlinin 71 dəqiqəsi
05.02.2022 - 16:31
Vüsal İsgəndərlinin 71 dəqiqəsi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə çempionatında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçinin formasını geyindiyi “Keçiörengücü” TFF I Liqasında XXIII tur matçına çıxıb.

Ankarada “Samsunspor”u qəbul edən “Keçiörengücü” 1:1 hesablı bərabərliklə kifayətlənib. Halbuki matçda hesabı 22-ci dəqiqədə meydan sahibləri açıb. Ancaq qonaqlar 64-cü dəqiqədə bərabərlik topunu vurmağı bacarıb. Start heyətində meydana çıxan Vüsal 71-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Keçiörengücü” hazırda 27 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.