Vüsal oynamadı, komandası qalib gəldi
26.02.2022 - 16:33
Vüsal oynamadı, komandası qalib gəldi

Türkiyə çempionatının 1-ci liqasında növbəti oyunlar keçirilir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolçusu Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Keçiörəngücü” öz meydanında “Tuzlaspor”la qarşılaşıb.

Vüsalın adı bu matçın protokoluna daxil edilməyib. Onun yoxluğunda komandası 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 25 oyunda 34 xal toplayan “Keçiörəngücü” turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.