XX turun təqvimi - “Keşlə” yenə adını dəyişmədi
14.03.2022 - 15:00
XX turun təqvimi - “Keşlə” yenə adını dəyişmədi

Azərbaycan Premyer Liqasında XX turun oyun cədvəli məlum olub.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin toplanışı öncəsi baş tutacaq son turun matçları martın 18-19-da olacaq.

Ən çox maraq doğuran məqam “Keşlə”nin “Şamaxı” adı altında nə vaxt iştirak etməsidir. Komandanın qarşıdakı turda “Şamaxı” adlanması gözlənilsə də, Sənan Qurbanovun yetirmələri “Sumqayıt” önünə də “Keşlə” adı altında çıxacaq.

Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Premyer Liqa
XX tur
18 mart (cümə)
17:00. “Keşlə” – “Sumqayıt”

“ASK Arena”

19:37. “Neftçi” – “Qəbələ”
“Bakcell Arena”

19 mart (şənbə)
16:45. “Sabah” – “Səbail”
“Bank Respublika Arena”

19:00. “Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu