Xavi antirekordu təkrarladı
11.03.2022 - 09:20
Xavi antirekordu təkrarladı

“Barselona”nın baş məşqçisi Xavi Ernandes Avropa Liqasının 1/8 final mərhələsində “Qalatasaray”a qarşı keçirilən matçda antirekordu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı Kataloniya təmsilçisinin sükanı arxasında avrokubokların ilk iki ev oyununda qələbə qazana bilməyən ikinci məşqçi olub.

Qarşılaşma qolsuz bərabərə nəticələndiyindən, Xavi niderlandlı Lui van Qalın göstəricisini təkrarlayıb. La Liqa təmsilçisi öncəki mərhələdə “Napoli” ilə də “Nou Kamp”da heç-heçə etmişdi.

1996/97 mövsümündə “Barsa” van Qalın rəhbərliyi altında Çempionlar Liqasında keçirdiyi ilk iki görüşdə (PSV - 2:2, “Dinamo” Kiyev - 0:4) qalib gələ bilməyib.

Qeyd edək ki, “Barselona” ilə “Qalatasaray” arasında cavab görüşü martın 17-də keçiriləcək.