“Barselona” “Əl-Sədd”in baş məşqçisi Xavi Ernandeslə razılığa gəlib.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun sabiq kapitanı baş məşqçi postuna keçmək təklifini müsbət cavablandırıb.
Hazırda klublar arasında danışıqların son mərhələdə olduğu bildirilib. Qətər təmsilçisi də onu saxlaya bilməyəcəyini başa düşür. Çünki 41 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilməsi üçün tələb olunan təzminat haqqı 1 milyon avrodur.
Xavinin yaxın günlərdə “Əl-Sədd”dəki məşqçi heyəti ilə birlikdə Barselonaya yollanması gözlənilir. Bunlar qardaşı Oskar, köməkçisi Serxio Aleqre və fiziki hazırlıq üzrə məşqçi İvan Torresdir.
Qeyd edək ki, “Barselona” La Liqanın XI turunda “Rayo Valyekano”ya 0:1 hesablı məğlubiyyətdən sonra Ronald Kumanı istefaya göndərib.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir