Xorvatiya penalti ilə qalib gəldi
31.01.2020 - 09:21
Xorvatiya penalti ilə qalib gəldi

Futzal üzrə DÇ-2020-nin elit-raund mərhələsində II tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı C qrupunda ev sahibi Xorvatiya ilə Slovakiya qarşılaşıb.

Gərgin keçən matçda xorvatlar 39-cu dəqiqədə penaltidən vurulan qol sayəsində 3:2 hesablı qələbə qazanıblar. Yığmamızdan sonra Slovakiyaya da qalib gələn Xorvatiya 2 turdan sonra maksimum göstərici ilə qrupa başçılıq edir.

Günün digər oyununda Azərbaycan yığması Rusiyanı məğlub edib - 4:3.

Qeyd edək ki, qrupun son oyunları sabah baş tutacaq. Yığmamız Slovakiya, Rusiya isə Xorvatiya ilə qarşılaşacaq.

1

Xorvatiya

2

2

0

0

5-2

6

2

Azərbaycan

2

1

0

1

4-5

3

3

Rusiya

2

1

0

1

10-5

3

4

Slovakiya

2

0

0

2

3-10

0