Xorvatiyalı futbolçu "Yuventus"dan getdi
01.02.2020 - 00:05
"Yuventus"un hücumçusu Marko Pyatsa Belçikaya yollanıb.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi xorvatiyalı futbolçusunu yenə icarəyə verib.
"Şalke" və "Fiorentina"da icarə əsasında çıxış etmiş 25 yaşlı oyunçu bu dəfə eyni şərtlərlə "Anderlext"in formasını geyinəcək. Belçika klubu onu mövsümün sonuna qədər icarəyə götürüb. Pyatsa yayda yenidən "qoca sinyora"ya qayıdacaq.
Qeyd edək ki, Marko Pyatsanın "Yuventus"la müqavilə müddəti gələn ilin yayına qədərdir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0