Xose Kalyexon qərarını açıqladı
23.03.2020 - 00:05
Xose Kalyexon qərarını açıqladı

"Napoli"nin hücumçusu Xose Kalyexon gələcəyi ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı forvard klubun yeni müqavilə təklifini qəbul etməyib.

Bu barədə ispaniyalı futbolçu özü məlumat yayıb. O bildirib ki, klub prezidenti Aurelio De Laurentis yeni sözləşmə təklif etsə də, danışıqlar mənfi nəticə verib: "Göstərilən diqqətə görə təşəkkür edirəm. Mövqelərimiz fərqli olsa da, heç vaxt aramızda münaqişə olmayıb".

Qeyd edək ki, Xose Kalyexonun "Napoli" ilə müqavilə müddəti bu ilin yayına qədərdir.