“Sabah” paraqvaylı hücumçu Xulio Sezar Rodriqeslə müqaviləni rəsmiləşdirib.
Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi "Zirə" ilə yollarını ayıran futbolçu ilə mövsümün sonuna kimi razılıq əldə edib.
***
Saat. 18:16
"Zirə" ilə yenicə yollarını ayıran Xulio Sezar Rodriges karyerasını Azərbaycanda davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, qeyri-adi bir hadisə baş verməsə, paraqvaylı forvard Bakıda qalacaq.
"Transfer pəncərəsi"nin son günlərində sözləşməsinə xitam verilən 30 yaşlı oyunçu "Sabah"dan təklif alıb. Paytaxt təmsilçisi ilə danışıqlar, demək olar ki, yekunlaşıb. Tərəflər artıq ortaq məxrəcə gəliblər. İndi yalnız xırda detallar qalıb. Yaxın vaxtlarda bu keçidin açıqlanması gözlənilir.
Qeyd edək ki, Xulio Sezar Rodriges "Zirə"yə ötən ilin yanvarında ölkəsinin “Deportivo Kapiata" klubundan keçmişdi.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı