Yarımmüdafiəçilərlə bağlı qərar – “Çelsi”dən
22.09.2021 - 11:00
Yarımmüdafiəçilərlə bağlı qərar – “Çelsi”dən

“Çelsi” üç futbolçu ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu yarımmüdafiə xəttini dəyişməz saxlamaq fikrindədir.

Bu üzdən “zadəganlar” Meyson Maunt, Jorjinyo və Nqolo Kanteni saxlamağa qərar verib.

Müdafiəçilər Antonio Rudiger və Andreas Kristensenlə danışıqları yekunlaşdıran London təmsilçisi yarımmüdafiəçilərlə də ortaq məxrəcə gəlməyə yaxındır.

Qeyd edək ki, “Çelsi” 5 turdan sonra 13 xalla Premyer Liqanın lideridir.