Yeganə qolunu “Qarabağ”a vuran 19 yaşlı futbolçu icarəyə göndərildi
31.01.2020 - 14:32
İspaniyanın “Sevilya” klubu hücumçusu Brayan Xili icarəyə verib.
Apasport.az saytının məlumatına görə, 19 yaşlı futbolçu mövsümün sonunadək “Leqanes”də çıxış edəcək.
Gənc oyunçu cari mövsüm “Sevilya”nın əsas komandasında ümumilikdə 9 matç keçirib. Forvardın hesabında cəmi 1 qol var.
Xil yeganə qolunu Avropa Liqasının “Qarabağ”la matçında vurub. O, noyabrın 29-da Sevilyada keçirilən görüşdə (2:0) hesabı açıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0