Avrokuboklar tarixində ikinci dəfə Azərbaycan və Şotlandiya klublarının yolları kəsişib.
Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının pley-offunda “Qarabağ” “Aberdin”lə üz-üzə gələcək.
Bunadək yalnız bir dəfə iki ölkə təmsilçiləri qarşılaşıb. Maraqlıdır ki, həmin vaxt da ölkəmizi Ağdam klubu təmsil edib.
2015/16 mövsümündə Qurban Qurbanovun yetirmələri “Seltik”lə qarşılaşıb. Çempionlar Liqasının III təsnifat mərhələsində turu rəqib adlayıb.
Çempionlar Liqası, III təsnifat mərhələsi
29 iyul 2015. “Seltik” (Şotlandiya) – “Qarabağ” – 1:0
5 avqust 2015. “Qarabağ” – “Seltik” (Şotlandiya) - 0:0