Yenə ad günündə oynamayacaq - Neymar
04.02.2020 - 12:40
Yenə ad günündə oynamayacaq - Neymar

Fevralın 5-də 28 yaşını qeyd edəcək PSJ-nin hücumçusu Neymar yenə ad gününü təmtəraqlı şəkildə qeyd edəcək.

Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu Fransa Liqa1-nin XXIII turunda bu gün "Nant"la keçiriləcək oyunun iştirak ərizəsinə salınmayıb.

Bununla Neymar PSJ-yə gəldiyindən bəri ardıcıl 3-cü dəfədir ki, ad günü vaxtı komandadan ayrı qalır. O, 2018-ci ildə ölkə kubokunda "Soşo" (4:1), 2019-cu ildə isə "Vilfranş"la (3:0) görüşü buraxmışdı. "Sambaçı" həmçinin hər il bacısının ad günü zamanı da müxtəlif səbəblərlə ölkəsinə yollanır.

Qeyd edək ki, Neymar bu mövsüm 18 oyunda iştirak edib, 15 qol, 10 assistlə yadda qalıb.