Yeni baş məşqçisi bəlli oldu – “Verona”nın
14.09.2021 - 16:10
Yeni baş məşqçisi bəlli oldu – “Verona”nın

İtaliyanın “Verona” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisini İqor Tudor çalışdıracaq.

O, istefaya göndərilən Eusebio di Françeskonu əvəzləyəcək. “Yuventus”da Andrea Pirlonun köməkçisi olmuş Tudor artıq Turin təmsilçisi ilə müqaviləyə xitam verib.

Qeyd edək ki, “Verona” A seriyasının ilk üç turundakı məğlubiyyətdən sonra baş məşqçi ilə vidalaşıb.