Yeni baş məşqçisini tapdı - PSJ
21.03.2020 - 16:18
PSJ mövsümün sonunda baş məşqçisini dəyişməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, Fransa klubu hazırkı çalışdırıcı Tomas Tuxelin fəaliyyətindən məmnun deyil.
Almaniyalı ilə vidalaşmağı planlaşdıran parislilər yeni baş məşqçini də tapıblar. Klub rəhbərliyi bu posta italiyalı Massimiliano Alleqrini gətirmək niyyətindədirlər. Hazırda işsiz olan 53 yaşlı mütəxəssislə danışıqlara hətta start da verilib.
Qeyd edək ki, Massimiliano Alleqri son iş yeri olan "Yuventus"dan ötən il ayrılıb.
0
0