“Sabah”ın dünən yollarını ayırdığı Coşqun Diniyevin yeni klubu müəyyənləşib.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən 26 yaşlı yarımmüdafiəçi karyerasını “Zirə“də davam etdirəcək.
O, qəsəbə təmsilçisi ilə 2 illik anlaşma imzalayıb.
Diniyev 2019-cu ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə komandada keçirdiyi 54 oyunda 2 qola imza atıb.
Yığmanın sabiq baş məşqçisi Şahin Diniyevin kiçik oğlu olan Coşqunun Masazır komandasıyla müqaviləsi dekabrda bitəcəkdi.
Kontraktının uzadılmayacağını görən orta sahə oyunçusu Bakının bu başından o başına köç etməyi qərara alıb.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU