“Yanvardan karyeramı “Sabah” klubunda davam etdirəcəyəm”.
Bunu apasport.az saytına “Sumqayıt” və “Zirə”nin sabiq futbolçusu Bəxtiyar Həsənalızadə deyib.
Ötən mövsümün sonunda “Zirə”dən ayrılan və həmin vaxtdan klubsuz qalan 28 yaşlı mərkəz müdafiəçisi mövsümün ikinci yarısından etibarən “Sabah”ın formasını geyinəcək.
O, bakılılarla müqavilə müddətini də açıqlayıb: “Sabah”la hərtərəfli anlaşmışam. Tezliklə 6 aylıq müqavilə imzalayacağam. Bir müddətdir futboldan kənarda qalsam da, fiziki formamı qorumaq üçün məşqlərimi davam etdirmişəm. Ümid edirəm ki, ikinci yarıda “Sabah”a kömək edə biləcəyəm”.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə 2018-ci ildə Millətlər Liqasında Farer adaları (3:0) və Malta (1:1) ilə oyunlarda milli komandaya çağırılsa da, meydana çıxmayıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”