Bu ilin əvvəlində “Sevilya”dan “Los Anceles Qalaksi”yə transfer olunan Çiçarito ABŞ-a yollana bilmir.
Apasport.az saytının məlumatına görə, Meksika millisinin üzvü işçi vizası almaqda problem yaşayır.
“Los Anceles Qalaksi” hazırda təlim-məşq toplanışında olsa da, Çiçarito fərdi proqramla məşqlər edir. 32 yaşlı forvard bunun tezliklə həll olunacağına inanır: “Viza gözləyirik, hazırda fərdi məşq edirəm. Bu prosesə hörmətlə yanaşmalıyıq. Buna görə gözləməyə davam edəcəyik. Ümid edirəm ki, viza ən qısa müddətdə veriləcək. Səbirli olmaq lazımdır, çünki problem məndən asılı deyil. Vizanı mümkün qədər tez əldə etməyim üçün çox adam çalışır. Bundan ötrü inanılmaz iş görürlər. Komandadan ayrı qalsam da, formadan düşmürəm”.
Qeyd edək ki, Çiçarito MLS klubuna 8 milyon avroya başa gəlib.