Yeni komandası bilindi - Jirunun
30.01.2020 - 00:00
"Çelsi"nin hücumçusu Olivye Jiru komandasını dəyişir.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü Premyer Liqanın digər təmsilçisi "Tottenhem"in formasını geyinməyə hazırlaşır.
Londonda qalmaq istəyən 33 yaşlı oyunçu "Tottenhem"in təklifini müsbət cavablandırıb. "Zadəganlar"la müqavilə müddəti mövsümün sonuna qədər olan futbolçunun yaxın günlərdə müəyyən məbləğ qarşılığında transferinin reallaşması gözlənilir.
Qeyd edək ki, Olivye Jiru bu mövsüm Premyer Liqada cəmi 5 oyunda meydana çıxıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0