Yeni mövsümün başlama vaxtı müəyyənləşdi
01.05.2020 - 11:45
İtaliya A seriyasında yeni mövsümün başlama vaxtı müəyyənləşib.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 2020/21 mövsümünün noyabrda başlaması planlaşdırılır.
A seriyası oyunlarının yeni mövsümdə də azarkeşsiz keçiriləcəyi gözlənilir. Start üçün noyabrın seçilməsi zamanı millinin Olimpiya Oyunlarının seçmə oyunlarının keçirilməsi və avrokubokların təxmini təqvimi də nəzərə alınıb.
Qeyd edək ki, İtaliya çempionatının cari mövsümü koronavirus pandemiyası üzündən dayandırılıb və bərpa olunub-olunmayacağı dəqiqləşməyib.
0
0