Azərbaycan millisinin hücumçusu Renat Dadaşov yeni sponsorluq müqaviləsi imzalayıb.
Apasport.az saytının məlumatına görə, “Vulverhempton”un forvardı bundan sonra “Adidas”la əməkdaşlıq edəcək.
Adıçəkilən firma qarşıdakı 3 ildə 21 yaşlı futbolçunun sponsorluğunu edəcək.
Dadaşov həmçinin “Vulverhempton”un heyətində debütə hazırlaşır. Yerli mətbuat Nunu Eşpiritu Santunun Avropa Liqasının 1/16 final mərhələsində “Espanyol”la keçiriləcək qarşılaşmada həmyerlimizə şans verəcəyini yazıb. Bildirilir ki, əsas heyətin bəzi oyunçularına Premyer Liqa matçları üçün istirahət veriləcək. Bu üzdən portuqaliyalı mütəxəssis Renatı ən azı oyunun gedişində əvəzləmədən meydana buraxmağı planlaşdırır.
Qeyd edək ki, sabah baş tutacaq “Vulverhempton” – “Espanyol” oyunu Bakı vaxtı ilə 00:00-da start götürəcək.