"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenin "Barselona" rəhbərliyi ilə yeni müqavilə məsələsində ilk danışığı uğursuz alınıb.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun təklifi almaniyalı qolkiperin ürəyincə olmayıb.
Artıq 6 ildir İspaniya təmsilçisinin formasını geyinən 28 yaşlı oyunçu ilinə 15 milyon avro maaş tələb edib. Bu isə kapitan Lionel Messidən sonra ikinci ən yüksək maaşdır. Lakin rəhbərlik bu tələbi müsbət cavablandırmayıb və danışıq mövsümün sonuna saxlanılıb. Klub ter Ştegen məsələsində rahat hərəkət edir və onunla müqavilə müddətini 2027-ci ilə qədər uzadacağına əmindir.
Qeyd edək ki, Mark-Andre ter Ştegen bu mövsüm La Liqada iştirak etdiyi 26 oyunda qapısında 20 top görüb.