Yeni müqaviləyə hazırlaşır - Son
15.12.2020 - 17:18
Yeni müqaviləyə hazırlaşır - Son

İngiltərənin “Tottenhem” klubu yarımmüdafiəçisi Son Xın Min yeni müqavilə bağlamağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, londonlular ulduz futbolçu ilə danışıqlara start veriblər.

Ölkəsi Cənubi Koreyada 2020-ci ilin ən yaxşı oyunçusu seçilən Sonun təklifə münasibəti müsbətdir. Hər iki tərəf danışıqların gedişindən razıdır. Hazırda sözləşmə müddəti 2023-cü ilin yayına qədər olan 28 yaşlı hücumameyilli oyunçu bu müddəti daha 2 il uzadacaq.

Qeyd edək ki, Son “Tottenhem”ə 2015-ci ildə Almaniya “Bayer”indən keçib.