Yeni prezident insanları velosiped sürməyə çağırdı
26.11.2021 - 18:25
Yeni prezident insanları velosiped sürməyə çağırdı

Azərbaycan Velosiped İdmanı Federasiyasının hesabat-seçki konfransında prezident seçilən Mədət Quliyev brifinq keçirib.

Bu gün Gənclər və İdman Nazirliyində baş tutan seçkilərdə qurumun başçısı seçilən 63 yaşlı funksioner apasport.az saytının əməkdaşının da qatıldığı brifinqdə fikirlərini bölüşüb.

O, federasiyanın gələcək planları barədə danışıb: “Azərbaycanda çox gözəl velosiped idmanına infrastruktur yaradılıb. Dünyada çox az ölkələrdə belə imkanlar, yollar var. Velosiped sevənlər də əllərindən gələni etməlidirlər ki, velosipedə sevgi artsın. İnsanlar avtomobillərindən düşüb, velosipedə üstünlük versinlər. Bizim məqsədlərimizdən biri peşəkar velosipedçilər yetişdirməkdir. Elçin Əsədov Tokio Yay Olimpiya Oyunlarında çox yaxşı iştirak elədi. Amma regionlarda da peşəkar velosiped idmanına sevgini artıraq. Dünyada 40-a yaxın peşəkar komanda var. Çalışacağıq ki, Azərbaycan da orada təmsil olunsun. Böyük nailiyyətlər əldə edəcəyimizə şübhə etmirəm”.