Tanınmış futbol meneceri Mino Rayola FİFA-nı sərt şəkildə tənqid edib.
Apasport.az saytının məlumatına görə, hollandiyalı agent ali futbol qurumunun onların işinə qarışmasından narahatdır.
Rayola hətta həmkarları ilə birlikdə buna qarşı yeni qurum yaradacaqlarını söyləyib: “FİFA hər kəsə nə edəcəyini söyləyən kommunist diktator kimidir. Qaydaların daha şəffaf olmasını istəyirik. Hüquqlarımızı qorumalıyıq. Futbolun yeni sistemə ehtiyacı var. FİFA hər şeyi idarə etmək istəyir, amma bu mümkün deyil. Niyə pulumuzun bir hissəsini götürürlər? Avropada klublarla işləyirik və heç bir problemimiz yoxdur. Əgər UEFA varsa, niyə FİFA vasitəsilə işləməliyik? Yeni qurum üçün mübarizə aparacağıq. Avropada transferlər, oyunçular və agentlər üçün ayrıca bir qurum yarada bilərik. FİFA-ya ehtiyac duymuruq. Bizi korrupsiya problemi olan bir təşkilat idarə etməməlidir”.
Qeyd edək ki, Mino Rayola bir çox ulduz futbolçunun menecerliyini edir.